Gədəbəydə avtomobillər toqquşub, ölən var

297

Gədəbəy rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə Hurriyyet.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 17-i saat 19 radələrində Gədəbəy rayonu ərazisində Qarabulaq kənd sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21011” və Ş.Xudaverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Abdullayevin sərnişini olan həmkəndlisi Zabit Məmmədov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.