Gədəbəyə dolu yağdı – TƏSƏRRÜFAT SAHƏLƏRİNƏ ZİYAN DƏYDİ

120

Dünən axşam saatlarında Gədəbəyə dolu yağıb.

Hurriyyet.org xəbər verir ki, dolu rayonun bəzi kəndlərində təsərrüfat sahələrinə ciddi ziyan vurub.

Güclü külək işıq xətlərini də sıradan çıxardıb və enerjinin verilməsində fasilələr ayaranıb.

Hazırda kənd icra nümayəndələri dəymiş ziyanı araşdırır.

Dolunun vurduğu ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Hurriyyet.org