Əfv Komissiyası işini yekunlaşdırdı – 1100-dək MÜRACİƏTƏ BAXILIB – YENİLƏNİB

    9

    Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.

    Hurriyyet.org-un xəbərinə görə, bu gün keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

    İndiyədək 1100-dək müraciətə baxılıb.

    Bununla da, komissiya işini yekunlaşdırıb.

    Əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

    ***

    Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

    Komissiyanın indiyədək keçirilən iclaslarında 1100-dək müraciətə baxılıb.

    Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.