Füzulidə baş həkimin evinə belə hücum olub – Oğlunu döyüblər – VİDEO

    54

    “Xəzər” TV baş həkimin evinə hücumun görüntülərini yayıb. Xatırladaq ki, hadisə bir neçə gün əvvəl Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib. Hadisəyə ilkin səbəb kimi baş həkimin 3 gün əvvəl baş vermiş avtoqəza nəticəsində ağır yaralanmış iki nəfərin paytaxt xəstəxanalarından birinə çatdırılması üçün təcili tibbi yardım maşını verməməsi göstərilir… Elə bu səbəbdən də yaralıların qohumları rayon mərkəzi xəstəxanasının baş həkimi Natiq Şükürovun yaşadığı evə hücum ediblər, oğlunu döyüblər.

    Avtoqəzada xəsarət almış şəxslərin dayısı Elçin Əliyev iddia edir ki, vəziyyətləri ağır olan gənclərlə heç bir tibbi xidmət göstərilməyib. Onlar yaralılardan ikisinin Bakı şəhərində yerləşən xəstəxanalarının birinə yerləşdirmək üçün təcili tibbi yardım avtomobili istəsələr də, xəstəxanadan verilməyib.

    Baş həkim Natiq Şükürov isə bildirir ki, o, məzuniyyətdə olmağına baxmayaraq, yenə də lazımi tapşırıqlarını verib.