Füzulidə traktorla minik avtomobili toqquşub, ölən var

87

Füzulidə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində rayon sakinləri S.Xanalıyevin idarə etdiyi “Daewoo” markalı avtomobillə C.Behbudovun idarə etdiyi “T-40” markalı traktor toqquşub. Nəticədə S.Xanalıyevin sərnişinlərindən Cəsur Şahlarov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.