Füzulidə QƏZA: 5 nəfər xəstəxanaya yerləşdirildi, ölən var

78

Füzuli rayonunda yol qəzası baş verib.

Bu barədə Hurriyyet.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyunun 18-də saat 5 radələrində Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinləri R.Ağayevin idarə etdiyi “VAZ-21011” və T.Hacıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə R.Ağayevin sərnişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər 2 sərnişini, habelə T.Hacıyev və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.