Füzuli və Cəbrayılda aparılan axtarışlar nəticəsində daha 64 erməni hərbçinin meyiti götürülüb

273

Dağlıq Qarabağ müharibəsində ölən erməni hərbçilərin meyitlərinin axtarışları davam edir.

APA-nın “armepress”ə istinadən verdiyi xəbərə görə, Füzuli və Cəbrayıl rayonlarında aparılan axtarışlar nəticəsində daha 64 erməni hərbçinin meyiti götürülüb.

Bildirilib ki, indiyə qədər aparılan axtarış prosesi nəticəsində ümumilikdə 892 erməni hərbçinin meyiti götürülüb.

Axtarış prosesində ölən hərbçilərin ailələri və yaxınları da iştirak edir.