Füzuli Məmmədov: “Çempionluq yarışından qopmamışıq”

48

Azərbaycan Premyer Liqasında IX turun “Neftçi” – “Qarabağ” (0:6) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç barədə fikirlərini bildirib…
– Xalqımızı bugünkü qələbə münasibətilə təbrik edirəm. Əsgərlərimiz var olsunlar, bizə belə bir sevinc yaşatdılar. Oyun barədə danışası çox şey yoxdu. “Qarabağ”ı , Qurban müəllimi təbrik edirəm. Onlara uğurlar arzulayıram.
– Bu məğlubiyyət sırf bugünkü oyunda heç nəyin alınmamasına görə idi, yoxsa sistemli böhranın nəticəsidi?
– Xeyr, bu sistemli böhran deyil. Biz oyuna cidid hazırlaşmışdıq. Sadəcə erkən qollar buraxdıq və ruh düşkünlüyü yarandı. Belədə, futbolçular bütün sistemdən çıxdılar.
– Qarşıda çempionatda fasilə yaranacaq. Bu dövrdə komandada dəyişikliklər edəcəksiz?
– Əvvəlcə oyuna baxıb analiz edəcəyik. Sonra bu barədə düşünəcəyik.
– Bu nəticənin çempionluq mübarizəsindən qopmağınıza səbəb olacağını demək olarmı?
– Mövsümün yarıdan çoxu qarşıdadı. Hər şey ola bilər. Düşünmürəm ki, çempionluqdan qopduq. Sadəcə, ağır məğlubiyyət aldıq. Çalışacağıq ki, komandanı toparlayaq.
– 38-ci dəqiqədə edilən iki əvəzetmə ilə nəyi dəyişmək istəyirdiz?
– Hücumu düşünürdük. İki dayaq yarımmüdafiəçi ilə çıxış edirdik. 2-ci qoldan sonra hücuma çıxmaq üçün belə addım atdıq.
– Bəlkə fasilədə etmək olardı əvəzetmələri?
– İlk yarıda heç olmasa 1 qol vurmaq istəyirdik.
– “Keşlə” ilə matçdan snra inkişafınızın qabaqda olduğunu demişdiz və bu gün 6 top buraxdız…
– Futbolda belə şeylər olur. İçəridə nə olduğunu bilmirsiz. “Neftçi”də belə olmamalıdı. Özümə haqq qazandırmaq istəmirəm. Böyük hesablı məğlubiyyətin səsəbi ardıcıl qollar buraxmağımız oldu. Əminəm ki, bunlar komandaya çox təsir etdi və futbolçular psixologiyadan çıxa bilmədilər. Əvəzetmələr etsək də, əksi baş verdi. 3-cü qol bizə bir qədər də zərbə vurdu. Bu, “Neftçi” üçün anormaldı, ancaq belə şeylər yaşanır.
– Avropa Liqasında 1 xal qazana bilməyən “Qarabağ” çempionatda ardıcıl 2 oyundu 6 qol vurur. Bu, çempionatın həddən artıq aşağı səviyyədə olması deməkdi?
– Xeyr. “Qarabağ”ın gücünə kölgə salmaq istəmirəm. Sadəcə, oyuhnun gedişatı məsələsi var. Ardıcıl qollar komandaya pis təsir edir. “Keşlə”də də belə olmuşdu.
– Azarkeşlər sizin istefanızı tələb edir…
– Bu haqda heç nə demək istəmirəm. Rəhbərliklə danışdıqdan sonra qərar verəcəyik.