Futbol matçında qadın azarkeşə qarşı ŞOK ƏMƏL: “Alt paltarımı çıxarmaq istədi…”

    6

    Almaniyanın “Şalke” komandasının matçı zamanı tribunada ağlasığmaz hadisələr yaşanıb.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Bundesliqa çərçivəsində “Nürnberq” ilə keçirilən matçda qadın azarkeşlər cinsi istismara məruz qalıb.

    “Bild” nəşrinin xəbərinə görə, Katerina K. adlı azarkeş tribunanın təhlükəsizlik xidməti nümayəndələrinə cinsi istismara məruz qaldığını deyib, lakin onlar heç bir tədbir görməyiblər.

    “Tribunada matç izləyərkən bir neçə dəfə arxamda əl toxunuşları hiss etdim. Əvvəlcə yanlışlıqda olduğunu düşündüm. Ancaq saqqalı və papaqlı bir nəfərin mənə durmadan əl hərəkətləri etdiyini gördüm. Şüurlu şəkildə etdiyini görəndə xəbərdarlıq etdim, amma məni dinləmədi. Oturduğum yeri dəyişdirdim. Bu dəfə arxamca gəldi. Alt paltarımı əynimdən çıxarmağa çalışdı. Bunu ətrafımdakılara dedim. Onlar isə mənə gülməklə kifayətləndilər. Mən də polisə müraciət etdim. Polis isə “belə şeylər tribunada olur. Bacara bilmirsənsə, matçı evdə televizordan izləyə bilərsən” dedi. Bu duruma inana bilmədim”.

    Qeyd edək ki, UEFA AVRO 2024-ə ev sahibliyi etməyi Almaniyaya həvalə edib. Ev sahibliyi yarışına Almaniyanı ilə birlikdə Türkiyə də qatılmışdı. Uefa Almaniyanın daha təhlükəsiz ölkə olması səbəbilə ev sahibliyini bu ölkəyə tapşırmışdı. Almaniyada baş verən bu hadisə, xüsusilə, Türkiyə ictimaiyyətində sərt reaksiya və kinayə ilə qarşılanıb.