Futbol hakimi həbs edildi – SƏBƏB

    9

    Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük diskvalifikasiya edib. Qurumdan bildirildiyinə görə, səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirakıdır.

    Daha əvvəl o, mayın 12-də keçirilmiş Kral Kubokunun final matçının hakimliyindən kənarlaşdırılıb. Bildirilir ki, referi mayın 11-də finalçı klublardan birinin rəsmi şəxsi ilə əlaqə quraraq, qələbəyə köməyi qarşılığında pul mükafatı tələb edib. Hazırda 33 yaşlı baş hakim həbsdədir.

    Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşdə çalışıb.

    Dünya çempionatı 14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. \virtualaz.org