Futbol oynayan uşaqları ildırım vurdu, 10 NƏFƏR ÖLDÜ – UQANDA

90

Uqandada futbol oynayarkən yağan leysan yağışlardan qorunmaq üçün samandan hazırlanmış daxmaya sığınan uşaqları ildırım vurub.

13 uşaqdan 10-u dünyasını dəyişib. 9 uşaq hadisə yerində, 1-I isə xəstəxanada vəfat edib. Yaralanan digər 3 yeniyetmə isə xəstəxanada müalicə olunur.

Xatırladaq ki, Uqandada 2011-ci ildə məktəblərin birinə ildırım düşməsi nəticəsində 18 uşaq həyatını itirmişdi. \\Qafqazinfo