“Futbol dəyişəcək” – UEFA prezidenti

75

“Koronavirusu məğlub edəcəyik, amma hələlik futbol müsbət enerji verə bilər”. 

Hurriyyet.org xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksander Çeferin “Nova.rs” nəşrinə açıqlamasında deyib.

Sloveniyalı funksioner bildirib ki, virus dünyanın zəifliyini anlamağa məcbur edib. Onun sözlərinə görə, futbol qayıtmasa, insanların normal həyata dönüş hissləri olmayacaq: “Futbol dəyişəcəkmi? Bəli, amma bu, müvəqqəti dəyişiklik olacaq. Futbol epidemiya və müharibələrdən sağ qurtulub. Bizim bildiyimiz idman növünə qayıdacağını da görəcəksiniz. Ölkə rəhbərləri addımlar atmağa başlayanda futbolçular bütün testləri keçərək, azarkeşlərsiz meydana geri dönəcəklər”. /report/