Fuad Abbasov: “Müsadirə olunmuş əşyalarım geri qaytarılmayıb”

    12

    “Müsadirə olunmuş əşyalarım geri qaytarılmayıb”.

    Hurriyyet.org xəbər verir ki, bu sözləri hazırda keçirilən mətbuat konfransında Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasov deyib.

    O bildirib ki, telefonun müsadirə olunması qeydiyyata belə alınmayıb: “Hətta telefonum oğurlanıb deyə bilərəm. Çünki onun müsadirə olunması heç yerdə qeyd olunmayıb. Bu telefonda mənim bütün sosial şəbəkə hesablarım olub. Doğrudur, mən onları şifrələmişdim və bu şifrəni açacaqlarına inanmıram. Bütün əşyalarımı saxlayıblar və geri vermirlər”. /musavat.com/