FTB Sərkisyanın qardaşlarına cinayət işi açdı

    9

    ABŞ Federal Təhqiqatlar Bürosu Serj Sərkisyanın qardaşları Aleksandr və Levon Sərkisyanlara qarşı cinayət işi qaldırıb.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. Qəzet FTB-nin hər iki şəxsin Ermənistan və ABŞ-da biznesmenlərə hansı ziyanı vurduğunu araşdırdığını bildirib.

    FTB-nin diqqət mərkəzinə həmçinin Ermənistanın keçmiş maliyyə naziri Qagik Xaçaturyan da düşüb. O da erməni biznesmenlərin mülkinin mənimsənilməsində ittiham olunur.