Fransızların Laçın şəhəri ilə imzaladığı qanunsuz xartiya ləğv edildi – VİDEO

    12

    Xarici İşlər Nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin səyləri nəticəsində Fransanın Alfortvil şəhəri ilə işğal altındakı Laçın şəhəri arasındakı ''qardaşlıq xartiyası" ləğv edilib. Bu barədə ''Xəzər Xəbər''ə Xarici İşlər Nazirliyinin mətbuat ximdətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

    Alfortvil şəhərinin yerləşdiyi Val-dö-Marn departamenti şəhər bələdiyyəsi tərəfindən imzalanmış bu qərarın ləğvi üçün məhkəməyə müraciət edib. Lakin 2018-ci ilin aprel ayının 12-də Alfortvil şəhərinin bələdiyyə şurası məhkəmənin qərarını gözləmədən, 41 səs lehinə, 1 səs bitərəf olmaqla qeyri-qanuni "xartiya"nın imzalanmasına dair 30 iyun 2017-ci il tarixli qərarını ləğv etmək məcburiyyətində qalıb. Qeyd edək ki, bələdiyyə şurasının üzvlərindən 7 nəfər erməni əsilli şəxsdir.

    Hikmət Hacıyevin sözlərinə görə, Fransada fəaliyyət göstərən erməni lobbisi hələ 2013-cü ildən etibarən Azərbaycanın işğal altında olan şəhərləri ilə Fransanın şəhər və qəsəbələri arasında "qardaşlıq" adı altında qeyri-qanuni sənədlər imzalamağa və bu kimi addımları qondarma rejimin təbliği üçün istifadə etməyə çalışır. \\Xezerxeber.az

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: