Fransız qəzeti yazdı: “Liviyanın sultanı Ərdoğan”

57
Türkiye Cumhurbaşkanı Recep Tayyip Erdoğan, Cumhurbaşkanlığı Kabine Toplantısının ardından açıklamalarda bulundu. ( Metin Aktaş - Anadolu Ajansı )

Hurriyyet.org xəbər verir ki, Liviyadakı qanuni hökumətin Türkiyənin dəstəyi ilə (Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi) terrorçu Həftərə qarşı mübarizədə üstünlük qazanması Fransa mətbuatında da öz əksini tapıb. Fransanın “Le Figaro” qəzetində Türkiyə prezidenti R.T.Ərdoğanın Liviya siyasətinin uğurundan bəhs edilib.

Qəzetdə Jan Mark Konin (Jean-Marc Gonin) adlı müəllifin məqaləsində Türkiyə prezidenti R.T.Ərdoğanın həm ölkəsində yeni tipli korona pandemiyasına qarşı mübarizədə, həm də Şərqi Aralıq dənizində apardığı siyasətdə uğur qazandığı bildirlir.

Məqalədə yazılıb: “Liviyanın sultanı Ərdoğan. Prezident Ərdoğan. Tripoli hökumətini dəstəkləməklə general Həftərin böyük itkilər verməsinə səbəb oldu və Liviyada vəziyyəti tərsinə çevirdi.  Ankaranın güclü adamı koronavirus qarşısında güclü uğur qazandıqdan sonra, Şərqi Aralıq dənizində də uğur qazandı”.

Hurriyyet.org