Fransız ekspert: “Vaşinqton, London ilə Berlin Makrona gülürlər”

81
French President Emmanuel Macron attends a ceremony at the Royal Military Academy Sandhurst, west of London on January 18, 2018. French President Emmanuel Macron will take part in a Franco-British summit to discuss migration and Brexit. / AFP PHOTO / Ludovic MARIN (Photo credit should read LUDOVIC MARIN/AFP/Getty Images)

Hurriyyet.org xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Şərqi Aralıq dənizində Yunanıstanı dəstəkləməsini tənqid edən fransız siyasətçi alim Seynt Prot onun bu siyasətinin Vaşinqton, London və Berlini güldürdüyünü söyləyib. O, Fransa ilə Türkiyə arasında silahlı toqquşma olmayacağını bildirib. Ekspert deyib: “Makron Fransanı təmsil eləməkdən uzaq adamdır, mövqeyi çox təhlükəlidir. Yunanıstan ilə Kipri vəziyyəti gərginləşdirməyə cəsarətləndirir. Onu bir çox sahələrdə Türkiyəyə qarşı siyasət yürütməsi Fransanın siyasi ənənələrinə ziddir”.

Seynt Prot Rusiya Prezidenti Vladimir Putinə qarşı güzəştlər edən  Makronun Türkiyə Prezidenti R.T.Ərdoğana qarşı sərt olduğunu diqqətə çatdırıb.

“Makron 1968-dən sonraki tarixdən bixəbər və emosiyaları ağıldan üstün tutan nəslin nümayəndəsidir. Lakin siyasətdə emosiyalar yaxşı rəhbər deyil”.

O, Yunanıstanın Fransadan satın alacağı 18 ədəd “Rafale” tipli hərbi təyyarəsinin pulunu necə ödəyəcəyinin də maraqlı olduğunu söyləyib.

O deyib: “Fransa ilə Türkiyə arasında silahlı toqquşma olmayacaq. Makronun mövqeyi Vaşinqton, London və Berlini güldürür. Bunlar mühüm paytaxtlardır. Qərb ölkələri Makronun mövqeyini anlamırlar”.

“Xarici siyasət Fransada seçkilərdə qələbə çalmağın yolu deyil. Makron səhv yoldadır. Makronun Türkiyəyə qarşı siyasət yürütməsinin səbəbi seçkilər ola bilər”.

“Makron Aralıq dənizi məsələsi ilə bağlı heç nə bilmir. Bir tərəfdən Aralıq dənizi ilə sahili olmayan qüvvələr və burada işi olmayan ölkələr olan Rusiya, BƏƏ və ABŞ-ın dəstəklənib digər tərəfdən bir Aralıq dənizi ölkəsi (Türkiyə) düşmən hesab edilməməlidir. Fransa Türkiyə ilə razılaşmaya çalışmalıdır. Anlaşılmazlıqlar ola bilər, lakin hazırda Makron ilə Fransa hökumətinin türklərə qarşı kini  var. Bu anlaşılmazdır və Fransanın Aralıq dənizindəki roluna yaraşmır”.

“Makron Şərqi Aralıq dənizində Yunanıstanı dəstəkləməklə səhv edir. Burada Fransanın mənafeyindən söhbət gedə bilməz. Makron bir ölkəni dəstəkləyib başqasına qarşı çıxmaqla xəta edir. Belə davranmaqla Fransa dialoqu seçən və tərəfləri bir-birinə yaxınlaşdıran ölkə olmaq şansını itirir”.