Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək

    9

    Fransanın xarici işlər naziri Jan-İv Lö Drian mayın sonunda Azərbaycana səfər edəcək.

    Hurriyyet.org bildirir ki, bunu "Report"un Qərbi Avropa bürosuna müsahibəsində Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Pyer Alen Rafan deyib.

    Onun sözlərinə görə, Fransanın XİN başçısı səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşəcək: "Görüşlərdə, əsasən, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə olunacaq".