Fransanın sabiq prezidenti koronavirusdan ölüb

78

Fransanın sabiq prezidenti Valeri Jiskar d’Esten vəfat edib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, 94 yaşlı keçmiş dövlət başçısının koronavirus infeksiyasından öldüyü bildirilir.

Noyabr ayında Jiskar d’Esten xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.