Fransanın Paris və Nant şəhərlərinin küçələrini “Qarabağ Azərbaycandır!” plakatları bürüyüb

78

Fransanın Paris və Nant şəhərlərinin küçələrini Azərbaycanı dəstəkləyən şüarlar yazılmış plakatlar bürüyüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Fransada yaşayan Azərbaycan icması üzvlərinin təşkil etdikləri aksiyalar zamanı “Dağlıq Qarabağda erməni təcavüzünə son!”, “Dağlıq Qarabağ Azərbaycandır!”, “İşğal olunmuş əraziləri azad edin!” şüarlarını əks etdirən plakatlar əhalinin sıx yaşadığı rayonlarda xüsusi yerlərə yapışdırılıb.

Soydaşlarımız yerli sakinlərin diqqətini Azərbaycanın işğal olunmuş torpaqlarına cəlb edəcək bu aksiyanı Fransanın digər şəhərlərində də davam etdirəcəklər.