Fransanın 3 hərbçisi həlak olub –Malidə “Barkhan” əməliyyatında

255

Malidə “Barkhan” əməliyyatı çərçivəsində xidmət aparan Fransa ordusunun bir neçə əsgəri minalanmış avtomobilin partladılması nəticəsində həlak olub.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Hombori regionu ərazisində baş verib. Fransız hərbçilərin olduğu avtomobilə qoyulan partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 əsgər ölüb. Fransanın Müdafiə Nazirliyi hadisənin ötən gün səhər saatlarına baş verdiyini bildirib.

Qeyd edək ki, Fransa “Barkhan” əməliyyatına 2014-cü ildə başlayıb. Rəsmi Paris əməliyyat çərçivəsində Mavritaniya, Mali, Burkino Faso, Nigerə və Çada 5 100 hərbçi göndərib/Report.