Fransalı əbləh və ordumuzun uğurları Aydındır ki, siyasətdə mənəviyyat yox, mənafe əsasdır, lakin…

87

Kimin ağlına gələrdi ki, heç vaxt müdafiə etmədiyimiz Pakistan, Əfqanıstan, İsrail, Ukrayna, Moldaviya, Macarıstan bizi müdafiə edəcəklər. Volterlərin, Kamyuların vətəni isə işğalçıları dəstəkləməkdən əl çəkməyəcək…

Fransanın min illik tarixində hələ belə dılğır dövlət başçısı olmayıb. Emmanuel Makron ölkəsində yaşayan 2 milyona qədər  ermənidən qorxur. Qorxur ki, bu namərd, rəzil və alçaq millət tində, ya adamların içində gizlənib neçə-neçə türk diplomatlarını etdikləri kimi qətlə yetirərlər. O vaxtlar Fransa hökuməti axırı bu azğınlıqdan təngə gəlib, hədə-qorxu ilə onların fəaliyyətinə son qoydu. İndi Makron da qorxur, ən azı 2 milyon seçicinin səsindən məhrum olmaq istəmir. Ona görə də ağa qara deyir.

Bu siyasi impotentə sual vermək olardı ki, əvvələn ermənilər Dağlıq Qarabağa köçmələrinin 150 illiyinə abidə qoymuşdular və bu abidə bu yaxınlaracan – 1989-cu ilə kimi qalırdı. Deməli, 150 il bundan qabaq Dağlıq Qarabağda bir nəfər də olsun erməni olmayıb. İkincisi, onların Dağlıq Qarabağdakı  paytaxtlarına keçən əsrdə iki dəfə sovet ittifaqı qəhrəmanı Stepanyanın adı qoyulmuşdu. Bəs ondan yüz illər əvvəllər adı nə olub? Adı XANKƏNDİ olub, ay bambılı! Dağlıq Qarabağın ermənilərə zərrə qədər də aid olmadığını bilirsən, bilmirsən məlum deyil. Yəqin ki, bilirsən. Amma siyasi riyakarlıqdan əl çəkmirsən və Volterlərin, Kamyuların millətinə ləkə vurursan. Özünü də Azərbaycan xalqının gözündə rüsvay edirsən. Dönə-dönə zəng  vurub, müsahibə də verib, hədə-qorxu gələrək ləyaqətsizliyindən əl çəkmirsən.

Ay qanmaz, bir xalqın da iki dövləti olar? Dünyada belə şey var? Bunu bildiklərinə görədir ki, bu mənfur və alçaq millət Laçını və Kəlbəcəri heç cür əldən vermək istəmir və heç bir gələcək sülh müqaviləsinə onların adlarını daxil etmir. Onlar bərk ayaqda bu yol vasitəsilə dağlıq Qarabağı Ermənistana birləşdirməklə vəziyyətdən çıxmaq istəyirlər. Hadisələri qabaqlayıb deyirəm ki, ordumuz ilk növbədə məhz bu iki bölgəni ələ keçirməlidir ki, ermənilərin nəfəsi kəsilsin. Bununla da ATƏT-in Minsk qrupuna daxil olub məsələnin həllini ya ermənilərin xeyrinə, ya da qiyamətə qədər uzadıb qondarma “Dağlıq Qarabağ” respublikasının müstəqilliyinə nail olmaq istəyirsən.

Bəli, bu gün ağıllı hərbi taktiklərimizin köməyilə şanlı ordumuz inamla irəliləyir. İrəliləyir deyəndə ki, yəni uzun məsafə də getmək lazım gəlmir. Hara addım atırsan, ya dağlıq Qarabağ, ya da Ermənistanla sərhəddik. Əgər Avropa ölkələrinin, eləcə də Rusiyanın açıq ya da gizli himayədarlığı olmasaydı, ordumuz vaxtında bu yaramazlardan 7 bölgəmizlə bərabər hədiyyə  olunan Zəngəzuru da geri alardı. Amma ola bilsin ki, bu müharibə son fürsətdir. Çünki inanmıram bundan sonra ermənilər sataşıb, sərhədçilərimizi namərdcəsinə hədəfə alıb, bizə döyüşlərə başlamaq imkanı versinlər. Amma biz qərbə meyl etdiyinə görə Paşinyandan inciyən Putinin münaqişəyə qarışmayacağına dair verdiyi sözdən mütləq yararlanmalı, torpaqlarımızı geri almalıyıq. Bu baş verməsə, xalq bunu heç vaxt heç kimə bağışlamaz. Və təkrar edirik, nəinki dağlıq Qarabağ, Şuşa da daxil olmaqla 8 bölgəmizin üzünə həsrət qalacağıq.

Dünyanın, xüsusilə Avropanın əksər ölkələri bunu açıq-aşkar dilə gətirməsələr də, faktiki Ermənistanı dəstəkləyirlər. Yalnız rəşadətli Pakistan, Macarıstan, Ukrayna, Əfqanıstan, Latviya, Bosniya Herseqovina gözləmədiyimiz halda Serbiya bizim haqq işimizi və torpaqlarımızı geri qaytarmağımızı ürəkdən dəstəkləyirlər.

Türkiyənin isə adını çəkməyə lüzum yoxdur. Çünki Türkiyə də Azərbaycan kimi bizim vətənimiz sayıla bilər. Eləcə də Azərbaycan da bir növ türklərin vətəni hesab oluna bilər. Lakin bu çox azdır. Və demək olar ki, bir növ tək-tənhayıq. Xüsusilə türkdilli ölkələrin münasibəti elə-belə, “qonşu, xətrin qalmasın” məsəlinə oxşayır. Düdük Nazarbayev nə desə yaxşıdır: “İki dost ölkənin münaqişəsindən narahatıq.” Pah atonnan. Bu yalançı qardaş şəhərlərimizin, kəndlərimizn raket atəşlərinə tutulmasından narahat olub. Bu adamın loşqarın həpəndlər kimi üzü boş və bozdur. Eləcə digər türkdilli ölkələrin başçıları da bu  “elbası”  kimi ikiüzlü bəyanatlar vermişlər. “Elbası”nın ağlının və ləyaqətinin səviyyəsini ondan bilmək olar ki, hələ sağ ola-ola Qazaxıstanın müxtəlif şəhərlərinə 10-15 heykəlinin ucaldılmasına imkan verib.

Yeri gəlmişkən, köhnə dostum Ənvər Börüsoyun illərdən bəri dilindən düşməyən “turan qardaşlığı” bəs harda qaldı? Ənvər Börüsoy yəqin bilir ki, (bəlkə də heç bilmir) “Turan” sözü və turançılıq ideyası fars şovinizminin banisi Firdövsinin kəşfidir. Doğrudur, mən də təqribən 30 il əvvəl “Turan” adlı jurnal çap eləmişəm. Ancaq bu ideya o vaxt çox aktual olduğuna görə buna getmişəm. Bir də ki, əzizim Börüsoy, heç vaxt İran-Turan müharibələri olmayıb. Yalnız bir dəfə rəşadətli göytürklər İran üzərinə gəliblər. Və Sasanilər bu təhlükəni görüb, məşhur bir hiyləgəri guya Xosrov Pərviz şahənşahın təqibindən qaçıb türklərə qoşulur deyə, onun yanına göndərib. Və o da hamımız kimi sadəlövh türk sərkərdəsinin qılığına girib, onları keçilməz bir yolla apararaq məhv erdirib. Vəssalam, tarixdə İran-Turan müharibəsi olmayıb. Amma İran nifrəti qalıb. Bizimkilərdə nifrət yoxdur, amma onlarda qalıb, ey Ənvər Börüsoy! Məhz buna görədir ki, bizim sadəlövh qələm əhli, ziyalı ordumuz və siyasətçilərimiz təəccüb edirlər ki, necə olur, faktiki dövlət başçısı olan ayətolla Xamneyi bizi müdafiə edir, ölkə prezidenti Həsən Ruhani isə erməniləri. Bu dünyada görünməmiş bir riyakarlıq oyunudur. Onlar birlikdə danışıb razılığa gəlimişlər ki, mən Azərbaycanı müdafiə edim, sən də erməniləri müdafiə edib İrandan Ermənistana hərbi yardım və yanacağın göndərilməsini həyata keçir. Bu, dünyada elə bir riyakarlıqdır ki, adına super riyakarlıq deyirlər. Super riyakarlıq fars millətinin qanındadır. Və o, Əhəmənilərdən bəri başlayıb qiyamətə qədər davam edəcək.

Qaldı 40 milyonluq güneyli soydaşlarımıza, təsəvvür edin ki, bizim yerimizdə ermənilər olaydı, yəni quzeydə 10 milyon, güneydə də 40 milyon ermənilər olaydı və Azərbaycan da onların ərazilərinin 20 faizini işğal edəydi. Bu mümkündürmü? Əlbəttə yox. Tutaq ki, bunun bu cür olduğunu təsəvvür edək. Həmin 40 milyon güneyli ermənilər fars hakimiyyətinin, mollakratiyanın başına nə oyun açardı. Onlar ayağa qalxıb İran-fars dövlətinin daşını-daş üstdə qoymazdılar. Elədirmi? Amma bizimkilər maşallah, 40 milyon qoyun kimi  hələ quyruq şişirdiblər.

Bu da belə.  Nə isə… Kimin ağlına gələrdi ki, heç vaxt müdafiə etmədiyimiz Pakistan, Əfqanıstan, İsrail, Ukrayna, Moldaviya, Macarıstan bizi müdafiə edəcəklər. Volterlərin, Kamyuların vətəni isə işğalçıları dəstəkləməkdən əl çəkməyəcək.

Bəli, aydındır ki, siyasətdə mənəviyyat yox, mənafe əsasdır. Lakin bir çox ölkələr bizi və erməniləri əməlli-başlı tanımırlar. Tanıyanların isə demək olar ki, böyük əksəriyyəti biganədir.

Müharibədə bir şey əsasdır:  QƏLƏBƏ! Qalib gəlsən hamı səni haqlı sayacaq, səninlə hesablaşacaq. 1905-ci ilə qədər demək olar ki, Yaponiyanı beş-on ölkə dövlət kimi tanıyırdı. Elə ki, bu balaca məmləkət ucsuz-bucaqsız Rusiya imperiyası üzərində parlaq qələbə çaldı, bir gecədə az qala yüzlərlə ölkə Yaponiyanı dövlət kimi tanıdılar. Əgər biz də bu gün ən azı Kəlbəcər və Laçın daxil olmaqla beş-altı rayonumuzu düşmənlərdən azad etsək, demək olar ki, bütün ölkələr xalqımız kimi ürəkdən sevinər və gələcəyə ruh yüksəkliyi ilə baxar.

Əlisa  NİCAT