FRANSADAN ABŞ-A SƏRT ETİRAZ – HƏMLƏLƏR ARD-ARDA GƏLƏCƏK

    21

    Hurriyyet.org xəbər verir ki, Fransanın xarici işlər naziri Jan İv Le Drian ABŞ-ın İranın nüvə müqaviləsindən imtina eləməsindən sonra İrandan olan şəxslərə və təşkilatlara qarşı sanksiya tətbiq eləmək qərarının qəbuledilməz olduğunu deyib.

    Fransa Amerikanın İrana qarşı yeni sanksiyalarını qınayıb. Fransanın xarici işlər naziri Jan İv Le Drian Fransa mətbuatına açıqlamasında ABŞ-ın verdiyi sanksiya qərarının Amerikanın özünə məxsus olduğunu bildirərək deyib: “Amerikanın nüvə müqaviləsindən çıxmaq qərarının bahasını biz ödəməməliyik. Bizimlə bağlı qərarlar bizimlə məsləhətləşmədən verilə bilməz”.

    Sanksiyaların qəbuledilməz olduğunu vurğulayan Le Drian avropalıların öz şirkətlərinin mənfəətlərini qorumaq üçün bütün həmlələri edəcəklərini söyləyib.

    Hurriyyet.org