Fransada terror törətmək istəyən İran əsilli ər-arvad saxlanıldı

    3

    Belçika hüquq-mühafizə orqanları iyunun 30-da Fransada mümkün terror hücumunun qarşısını alıblar.

    Hurriyyet.org xəbər verir ki, keçirilən əməliyyat nəticəsində həmin tarixdə Fransanın Vilpent şəhərində keçirilən konfrans zamanı terror törətməyə cəhddə şübhəli bilinən 2 İran əsilli şəxs saxlanılıb.

    Məlumata görə, Belçika vətəndaşlığına malik İran əsilli 1980-ci il təvəllüdlü Əmir S. və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nasime N.saxlanılıb.

    Onların terror törətməyi planlaşdırdığı konfransda təxminən 25 min adam iştirak edirmiş.