Fransada qarışıqlıq: “Senatın Ermənistanın tərəfini tutması milli mənfəətə qarşı seçimdir”

279

Gerard Araud Fransanın münaqişədə tərəf tutmaqla vasitəçi rolundan çıxdığını bildirib

Didier Billion: “Fransa Senatının Dağlıq Qarabağ haqqındakı səsverməsi, böyük siyasi xəta, beynəlxalq hüququn tanınmaması, həqiqətlərin təhrif edilməsi və təəssüf ki, gücsüzlüyün etirafıdır”.

Hurriyyet.org xəbər verir ki, Fransanın keçmiş İsrail səfiri Gerard Araud ilə Fransanın Strateji və Beynəlxalq Münasibətlər İnstitutunun (IRIS) baş direktorunun müavini, siyasət alimi Didier Billion Senatın Dağlıq Qarabağ ixtilafı haqqında qəbul elədiyi qərarı dəstəkləyən senator Valerie Boyerə etirazlarını bildiriblər.

Fransız senator Boyer “Tvitter” hesabındakı açıqlamasında deyib: “Fransa Senatı Dağlıq Qarabağı tanımaqdan və Türkiyə ilə Azərbaycana qarşı sanksiya tələb eləməklə fəxr edir”.

Boyer əsassız ittihamlar irəli sürərək, “müharibə cinayətləri”nin və “1915-ci il hadisələri”nin qınanmasının lazım olduğunu iddia eləyib.

Gerard Araud da “Tvitter” hesabından Boyerə cavab verərək, Senatın bu qərarı ilə Fransanın münaqişədə tərəf tutmaqla vasitəçi rolundan çıxdığını bildirib. Araud bu addımı “Milli mənfəətə qarşı seçim” kimi qiymətləndirib.

Bu qiymətləndirməyə görə Arauda təşəkkür edən siyasi analitik Billion isə bildirib: “Fransa Senatının Dağlıq Qarabağ haqqındakı səsverməsi, böyük siyasi xəta, beynəlxalq hüququn tanınmaması, həqiqətlərin təhrif edilməsi və təəssüf ki, gücsüzlüyün etirafıdır”.

Bəlli olduğu kimi, 25 noyabr tarixində qondarma “Dağlıq Qarabağ Respublikasını” tanıyan və Fransız hökmətinə də bunu tövsiyə edən qərar qəbul eləmişdi.

Fransa Xarici İşlər Nazirliyi Aqnes von der Mühll yazılı açıqlamasında ölkəsinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bildirmişdi.

Türkiyə Xarici İşlər Nazirliyi də Fransa Senatının qondarma qərarına etirazını bildirərək bildirib: “Fransa Senatının Azərbaycanın işğaldan azad elədiyi, özünə məxsus torpaqlarından çıxması çağırışını etməsi ciddi qəbul edilməyəcək dərəcədə gülünc, tərəfli və gerçəklikdən uzaq bir anlayışın təzahürüdür”.

Azərbaycan ilə Ermənistan arasında imzalanan atəşkəs razılaşmasında Dağlıq Qarabağın statusunu bildirən bir maddə yoxdur. Həmçinin, BMT-yə görə, Dağlıq Qarabağ Azərbaycan torpağı olaraq qəbul edilir.

Fransa ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrdən biri olaraq, Dağlıq Qarabağ problemində neytrallığını itirdiyi və Ermənistana dəstək verdiyi üçün tənqid edilir.