Fransada jandarma əməkdaşlarına hücum edilib, 3 nəfər ölüb

489

Fransada jandarma əməkdaşlarına hücum edilib. 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, insident ölkənin Pyui-de-Dom regionunda baş verib.

Ölkə prokurorluğunun yaydığı məlumata əsasən, 48 yaşlı kişinin odlu silahdan açdığı atəş nəticəsində 3 jandarma əməkdaşı ölüb, 1 nəfər isə yaralanıb.

Jandarma əməkdaşlarının 48 yaşlı kişidən gizlənməyə çalışan qadına kömək etmək məqsədilə əraziyə gəldikləri bildirilir.