Fransada ermənilər türklərə hücum edib, yaralılar var

90

Hurriyyet.org xəbər verir ki, Fransada ermənilər türklərə hücum ediblər, 5 nəfər yaralanıb.

Ermənistan tərəfdarı olan eritaz aksiyası iştirakçıları Fransanın cənub-şərqindəki İsere şəhərində A7 avtomobil yolunu hər iki tərəfdən bağlayıblar. Səhər saatlarında Lion və Marsel istiqamətində yolda tıxaclar yaranıb.

Yolda qalanlarla etirazçılar arasında gərginlik yaranıb, Ermənistan tərəfdarı olan iğtişaşçılar işə getmək istədiyi üçün etiraz edən bir qrup türk vətəndaşa hücum ediblər.

4 nəfər türk vətəndaş yaralanıb, onlardan birinin vəziyyəti ağırdır və xəstəxanaya çatdırılıb.

Sosial mediada paylaşılan videolarda çiyinlərinə erməni bayrağı atan iğtişaşçı qrupun əllərindəki dəyənəklərlə iki nəfəri araya alıb döydükləri görünür.

Polis hadisə zamanı 1 nəfərin yaralandığını bildirib. Hazırda avtomobil yolu açılıb.

Hurriyyet.org