Fransada bir gündə ikinci terror aktı

57

Hurriyyet.org xəbər verir ki, Fransada gün ərzində ikinci terror aktı baş verib. Avinyonda bir kişi polisləri bıçaqlamağa cəhd edib. İlkin məlumatlara görə, onu güllələyiblər.

Bundan əvvəl isə Nitse şəhərində naməlum şəxs bıçaqla Notr-Dam kilsəsində adamların üstünə hücum çəkib. “Röyter” agentliyinin xəbər verdiyinə görə, bir qadının başı kəsilib. Hücum edən şəxs həbs edilir. Onun hücum zamanı “Allahu-əkbər” söylədiyi iddia edilir.