Fransa Afrikada yeni hərbi əməliyyatlara hazırlaşır

12

Hurriyyet.org xəbər verir ki, Fransanın müdafiə naziri Florans Parlinin Mali səfəri zamanı verdiyi açıqlamada rəsmi Parisin Afrikada yeni hərbi əməliyyatlara başlamağa hazırlaşdığı bildirilir.

Parlinin sözlərinə görə, Paris artıq qarşıdakı həftələrdə Malinin, Bukino-Fasonun və Nigerin sərhəd rayonlarındakı radikal qruplaşmalara qarşı əməliyyatlar keçirməyi planlaşdırır.

Fransız hərbçilərini yerli təhlükəsizlik qüvvələri dəstəkləyəcəklər.

2014-cü ildə “Barhan” əməliyyatı çərçivəsində Fransa “Sahel” (Mavritaniya, Mali, Burkino-Faso, Niger və Çad) ölkələrinə 4500 nəfər hərbçi yerləşdirib.

2019-cu ildə həmin ölkələrdə Fransa hərbçilərinin varlığına qarşı çoxsaylı etirazlar keçirilib. Əhalinin narazılığının səbəbi yüzlərlə dinc sakinin və hərbçilərin ölümünə səbəb olan terror aktlarının sayının artması olub.

Hurriyyet.org