Fransa Yunanıstana 18 hərbi təyyarə satır

48

Hurriyyet.org xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Türkiyəyə qarşı təhrik elədiyi Yunanıstana milyardlarla avroluq hərbi təyyarə satır. Afina Almaniyanın verdiyi borclarla dolandığından təyyarələrin pulu Berlindən gələcəkdir. Yunanıstanın bu həmləsi Berlin üçün yeni iqtisadi yükə çevrilə bilər.

Fransa Prezidenti E.Makron Türkiyəyə qarşı təhrik elədiyi Yunanıstana 18 “Rafaele” hərbi təyyarəsi və freqatlar satmağı planlaşdırır.

Yunanıstan silahlanmaya 10 milyard avro ayıracaqdır.

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyənin “Oruç Reis” gəmisinin Antalya sahillərinə dönməsi üçün “pozitiv bir ilk addım” ifadəsi işlətməklə yanaşı, silah almağı ilə bağlı da açıqlama verib.

Miçotakis deyib: “18 ədəd “Rafaele” hərbi təyyarəsinin 6-sı yeni olacaq. Digərləri az istifadə edilmiş. Freqatlardan dördü yenilənəcək və 4 yeni freqat alınacaq”.

Fransa bundan əvvəl Misirə satdığı 24 “Rafaela” təyyarəsi üçün yer sistemləri də daxil olmaqla 5,3 milyard avro pul almışdı.

“Dassault Rafale” saytında “Rafaele B” modeli üçün 74 milyon, “Rafale C”  üçün 68.8 milyon, “Rafale M” üçün isə 79 milyon avro qiymət yazılıb. Lakin bu rəqəmlər 2011 və 2013-cü ilin qiymətləridir.