Fransa Türkiyəyə qarşı. Ən böyük silahlarını Aralıq dənizinə göndərir

96

Hurriyyet.org xəbər verir ki, Yunanıstan ilə Cənubi Kipr Yunan Respublikasını dəstəkləmək üçün bölgədə olan Fransa Türkiyəyə qarşı yeni bir həmləyə imza ataraq, “Şarl de Qoll” adlı təyyarə gəmisini Aralıq dənizinə göndərməyi qərara alıb. Bu barədə açıqlamanı yunan mətbuatına Fransadan olan bir mənbə verib. O, Fransada ən böyük olan və qırıcıları daşıyan “Şarl de Qoll”  gəmisinin Fransanın sualtı qayıqlarının müşayiəti ilə yaxın zamanda bölgəyə göndəriləcəyini söyləyib. Gəmidə radarlar, elektron izləmə cihazları və raketlər də vardır.

Gəmidə Yunanıstanın Fransadan almaq istədiyi 18 ədəd “Rafael” hərbi təyyarəsinin daşına biləcəyi iddiaları gündəmə gəlsə də, iki ölkə arasında hələlik müqavilə imzalanmayıb.