Fransa Türkiyəyə qarşı ən böyük savaş gəmisini göndərir

90

Türkiyənin Aralıq dənizində qanuni fəaliyyətlərinə qarşı çıxan Yunanıstana yardım edən Fransa bölgədə krizə səbəb olacaq yeni bir həmləyə hazırlaşır.

Avropa.info xəbər verir ki, Yunanıstan mətbuatının yaydığı məlumata görə, Fransa “Şarl de Qoll” gəmisinə yaxın zamanlarda bölgəyə göndərməyi planlaşdırır.

Fransanın ən böyük savaş gəmisi olan və savaş qırıcıları da daşıyan gəmiyə fransız dənizaltı birliklərinin də yardım edəcəyi bildirilir.

Gəmidə Yunanıstanın Fransadan almaq istədiyi 18 ədəd “Rafael” savaş təyyarəsinin də olduğu iddia edilsə də, hələlik Fransa ilə Yunanıstanın bu məsələdə tam anlaşmadıqları da məlumdur.

Qeyd edək ki, bir müddət öncə Şərqi Aralıq dənizində Türkiyəyə aid bölgəyə soxulmağa çalışan Fransa gəmisinin qaçdığı üzə çıxmışdı.

Fransa və BƏƏ mediasında yer alan xəbərlərdə, Türkiyənin elan etdiyi Navtex bölgəsinə girən bir Fransa döyüş gəmisinin ratsiya danışıqlarına yer verilmişdi. Bölgəyə girən fransız gəmisinin kapitanı Yunanıstan rəsmiləri ilə radsiya danışığında deyirdi: “Gəmilərimizin bütün rəqəmsal sistemi kilidləndi. Naviqasiyamız işləmir. Silah sistemlərimiz “off” vəziyyətinə düşdü.”

Yunan hökumətindən yardım istəyən Fransa gəmisi ikinci danışığında bunları demişdi: “Üzərimizdə tanımadığımız yüzlərlə cism uçur. Bunların nə olduğunu anlamırıq. Bütün sistemimiz kilidləndi. Gəminin bütün dijital sistemi kontrolumuzdan çıxdı. Bizə yardım göndərin”.