“Fransa şirkətləri üçün qadağanedici normalar müəyyənləşdirməliyik” – MƏHƏMMƏD TALIBLI

276

“Dağlıq Qarabağın siyasi və hüquqi tanıtımında aydın mövqeyi olan dövlətin şirkətləri bu regionun biznes subyekti ola bilərlər!”

“İşğaldan azad olunmuş bölgələrimizdə əlverişli iqtisadi rejim formalaşdırılacaq. Biznesin yaranması və inkişaf etdirilməsi üçün investisiya mühiti yaradılmalıdır. İnvestisiya iqlimini şərtləndirən 4 istiqamətli (siyasi, iqtisadi, hüquqi və sosial) amilləri normal hala gətirməliyik”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər “İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblıya məxsusdur.

Onun sözlərinə görə, xarici investisiyanın prioritetləri dəqiq müəyyənləşməlidir: “Dağlıq Qarabağın siyasi və hüquqi tanıtımında aydın mövqeyi olan dövlətin şirkətləri bu regionun biznes subyekti ola bilərlər! Konkret Türkiyə investorları üçün birmənalı və üstün meyarlar ortaya qoyulduğu halda, Fransa şirkətləri üçün qadağanedici normalar müəyyənləşdirməliyik. Fransa şirkətləri başda olmaqla bir neçə dövlətin şirkətlərinin Qarabağda investisiya fəaliyyətini qadağan edən qanun qəbul edilməlidir. Bu iqtisadi prinsipi bizim atalar sözü ilə ifadə etsək: Tarlada izi olmayanın süfrədə üzü olmamalıdır!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org