“Fransa senatının qərarını Azərbaycanın suverenliyinə təhdiddir” – POLİTOLOQ   

1275

Ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib.

Mövzuyla bağlı Hurriyyet.org-a açıqlama verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli, MİNSK Qurupunun həmsədr ölkələrindən biri olan Fransanın bu addımının tərəfsizliyə və neytrallığa yaraşmadığını bildirib. Politoloq, Fransa senatının qərarını Azərbaycanın suverenliyinə təhdid kimi qiymətləndirib:

“Fransanın atdığı addım beynəlxalq hüquq normalarına sığmır. Bundan əlavə, avropa dəyərlərinə zidd olan alçaq addımdır. MİNSK Qurupunun həmsədr ölkələrindən biri olan Fransanın bu addımı tərəfsizliyə və neytrallığa yaraşmır. 30 ildir ki, MİNSK Qurupunda olan Fransa həmişə bizə qarşı olub və ermənipərəst mövqeyini ortalığa qoyub. Bu baxımdan, Fransa parlamentində senatın qərarı çox alçaqcasına verilmiş qərardır. Bu qərar Azərbaycanın suverenliyinə təhdiddir və müstəqil dövlətin daxili məsələlərinə qarşımaqdır. Belə olan halda, Azərbaycan Fransaya nota verməlidir. Eyni zamanda, Fransayla bağlı beynəlxalq təşkilatlara şikayət edilməlidir. Bu Fransanın özü üçün də bumeranq effekti yaradır. Əslində, Fransa imperalist siyasət yürüdür, Azərbaycanın daxili işlərinə qarışır. Rusiya isə, Fransaya nisbətən obyektiv hərəkət etdi və biz də bunu qiymətləndiririk. Fransada 600000-ə yaxın erməni yaşayır. Bunlardan 400000-i seçicidir. Bu baxımdan, Fransada prezidentlər və  ermənipərəst siyasətçilər hər zaman ermənilərin təsiri altında olur”.

YƏHYA