Fransa mətbuatı: “Azərbaycanlılar Şuşanı əlbəyaxa döyüşlə aldılar”

66

Hurriyyet.org xəbər verir ki, Fransada dərc edilən “Le Monde” qəzetinin Xankəndindəki müxbirləri Azərbaycan hərbçilərinin Şuşa şəhərini dronların və müasir texnikanın köməyi olmadan  əlbəyaxa döyüşdə aldığını yazıblar. Jurnalistlər Xankəndindən Şuşaya gələn yaralalıların mərmi və hətta avtomat atəşini ilə yox, məhz tapança və bıçaqla vurulduqlarını yazıblar. Bu isə şəhərin praktiki olaraq yaxın əlbəyaxa döyüş ilə alındığını göstərir. Yəni şəhəri dağ xüsusi təyinatlıları alıblar. Müxbirlər yazırlar ki, hücum edərək dağa dırmaşan azərbaycanlılar yaralıları və şəhidləri döyüş meydanında qoymayıblar – onları da özləri ilə birlikdə çiyinlərində qalaya qaldırıblar.

Dəniz səviyyəsindən 1400-1800 metr hündürlükdə yerləşən Şuşa qayaların üstündə yerləşir və yenilməz qala hesab edilir. Azərbaycan Silahlı Qüvvələrinin dağ piyada bölmələri və xüsusi təyinatlıları noyabrın 3-dən 4-nə keçən gecə Daşaltı kəndi və Qəribəli kəndi istiqamətlərindən hücuma keçib, erməni qüvvələrinin dörd postunu yararaq, şəhərin Köhnə Qala hissəsini və Şuşa həbsxanasını geri qaytarıblar.

6 noyabr axşamı Azərbaycanın Silahlı Qüvvələrinin motoatıcı hissələri şəhərə daxil olublar və 7 noyabra keçən axşam erməni bölmələri şəhərdən tamamilə qovulub. Erməni hərbçilərinin bir neçə əks-hücum cəhdi boşa çıxıb.

Bununla da, azərbaycanlıların döyüşə bilmədiyi barəsində mif dağılmış olub.