Fransa mətbuatı açıq-aşkar yazdı: “Ərdoğan Makronla Sisinin ortaq düşmənidir”

816

Hurriyyet.org xəbər verir ki, Franse 24 kanalı ölkə Prezidenti Emmanuel Makron ilə Misirin Prezidenti Sisinin dünən Parisdə baş tutan görüşündən bəhs edərkən belə yazıb: “Ortaq düşmən bəllidir. Makron ilə Sisi ortaq düşmənin Prezident Rəcəb Tayyib Ərdoğan olması məsələsində həmfikirdirlər”.

Görüş zamanı Makron Liviya məsələsində Misirin mühüm bir müttəfiq olduğunu söyləyərək insan hüquqlarının pozulmasının silah satışına təsir etməməsi lazım olduğunu bildirib.

Fransa mətbuatı isə iki dövlət başçısının görüşünü “Erdoğana nifrət” adı altında təhlil edib.