Fransa koronavirus məngənəsində: izolyasiya və karantin qayıdır

36

Fransada ölkədaxili karantin-izolyasiya rejimi ən azı 30 oktyabr – 1 dekabr tarixləri arasında davam edəcək. Bu qərarı prezident Macron verdi.

Yalnız bir saatdan çox olmayaraq və evdən bir kilometrdən çox olmayan məsafədə küçədə olmağa icazə verilir.

Qalan hər bir şey üçün icazə almaq lazımdır.

Səbəblər – alış-veriş, aptek, həkimə ehtiyacı və ya işə getmək ola bilər.

Eyni zamanda, məktəblər və universitetlər açıq qalacaq, ancaq sanitariya qaydalarına ciddi riayət etməklə.

Fransa Prezidenti Emmanuel Macron, “İndiki yaranmış şəraitdə – mənim borcum bütün Fransızları qorumaqdır. Ən yaşlıdan tutmuş ən gənc vətəndaşa qədər. İkinci dalğa birincidən daha çətin olacaq. Əvvəlki izolyasiya tədbirləri yetərli olmayacaq” deyə Makron bildirib.

 Ülviyyə Şükürova