Fransa hökumətinin yeni başçısının kimliyi bəlli oldu

24

Hurriyyet.org xəbər verir ki, Fransa prezidenti  Emmanuel Makron Jan Kesteksi ölkənin yeni baş naziri təyin edib.

Yelisey Sarayından verilən açıqlamada deyilir: “Respublika prezidenti Jan Kasteksi baş nazir vəzifəsinə təyin edib və ona yeni hökuməti formalaşdırmaq tapşırığı verib”.

Jan Kasteks Fransanın cənubunda yerləşən Prad şəhərinin bələdiyyə sədri vəzifəsini tutub. Bu ilin aprelində ona ölkənin karantin rejimindən çıxışı prosesini koordinasiya eləmək vəzifəsi tapşırılmışdı.

Hurriyyet.org