Fransa deputatlarından qondarma “Dağlıq Qarabağ” rejimini təcili şəkildə tanımaq çağırışı

93

Hurriyyet.org xəbər verir ki, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsinə Fransadan olan siyasətçilərin dözümsüzlüyü davam edir.

Fransa Parlamentinin 20 deputatı erməni separatçılarının qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin təcili olaraq tanınmasını tələb edib.

Fransız deputatlar François Pupponi ilə Guy Teissier tərəfindən Parlamentə təqdim edilən qanun layihəsində qondarma “Artax Respublikası”nın təcili şəkildə tanınması və müharibəni dayandırmaq məqsədi ilə diplomatik münasibətlərin qurulması” çağırışı edilir.

20 nəfərə yaxın deputatın imzaladığı qanun layihəsində Qarabağın hökmən Azərbaycanın idarəçiliyindən tamamilə ayrı şəkildə tam müstəqil olmasının mühümlüyü iddia edilir.

Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının dəvəti ilə Parisdəki Fransa Milli Məclisinin qarşısında keçirilən, Dağlıq Qarabağın tanınmasının tələb edildiyi nümayişdə yüzlərlə ermənipərəst iştirak edib.

Arasında Parisin sosialist bələdiyyə başçısı Anne Hidalqonun da olduğu 170-dən artıq seçilmiş vəzifə sahibi Fransanı Dağlıq Qarabağ münaqişəsinə bitərəf qalmamağa, erməniləri dəstəkləməyə çağırıb.