Əfran İsmayılov “Qarabağ”dan ayrıldı

    6

    Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov Qarabağ klubu ilə yollarını ayırıb.

    Hurriyyet.org bildirir ki, bu barədə report-a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm".

    Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan Qarabağ'da çıxış edirdi. O, 2009 – 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib.