Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu ölkəyə döndü – VİDEO

    15

    NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.