ƏFQANISTANDA SURİYA SSENARİSİ: “İŞİD-i vururuq” – deyə, əkinçiləri bombaladılar – 30 NƏFƏR HƏLAK OLDU

    18

    Dövlət qüvvələri ilə ABŞ hərbçilərinin birgə əməliyyatı – 30 nəfər dinc sakin həlak oldu, 40 nəfər yaralandı

    Hurriyyet.org xəbər verir ki, ABŞ ilə Əfqanıstanın təhlükəsizlik qüvvələri İŞİD-ə qarşı mübarizə adı Nanqarhar şəhərində birgə keçirdikləri hava əməliyyatı nəticəsində azı 30 nəfər dinc əkinçi həlak olub, 40 nəfər isə yaralanıb. İŞİD-ə qarşı edildiyi deyilən hücumun hədəfinin dincəlməkdə olan əkinçilər olduğu bildirilir.

    Əfqanıstanın Müdafiə Nazirliyi hücum xəbərini təsdiqləsə də, qurbanların sayı barəsində məlumat verməkdən çəkinib.

    “Taliban” terroru – 20 nəfər həlak oldu, 100-ə yaxın yaralı var, əksəriyyəti dinc sakinlərdir

    ABŞ ilə Taliban arasındakı sülh danışıqlarının baş tutmamasından sonra Əfqanıstanda bomba partlayışlarının və hava bombardmanlarının sayı günbəgün artmaqdadır.

    Xəbər verdiyimiz kimi, bundan bir qədər əvvəl Əfqanıstanın cənubundakı Zabul əyalətində mərkəzi xəstəxana binasının yanında baş vermiş partlayış nəticəsində azı 20 nəfər həlak olub, 95 nəfər usə yaralanıb, terror aktına görə məsuliyyəti “Taliban” təşkilatı öz üzərinə götürüb (http://hurriyyet.org/xeber/milli_kesfiyyat_xidmetini_hedefe_aldilar_-_20_nefer_helak_oldu_95_nefer_yaralandi).

    Terror hadisəsinin ardından Kabul hökuməti ilə ABŞ ordusu ortaq əməliyyat keçirib.

    “Fıstıq toplamağa getmişdilər”

    ABŞ ilə Kabul hökumətinin hücumlarının qurbanlarından danışan yerli sakin Malik Rahat Gul vurulan şəxslərin “dincələn əkinçilər olduğunu söyləyib. Nanqarhar Rayon Şurasının deputatıi Aymal Ömer isə belə deyib: “Əkinçilər fıstıq məhsulunu toplamağa getmək üçün valilikdən də icazə almışdılar, amma təəssüf ki, hücuma məruz qaldılar”.

    Beləliklə, Əfqanıstanda da Suriya ssenarisi təkrarlanmaqdadır. Gah İŞİD bəhanəsi, gah da Taliban terroru ilə ölkədə qanlı qırğınlar baş verir. Hədəf isə dinc sakinlərdir. Saytımızın Suriya ilə bağlı bəzi keçmiş xəbərlərinə nəzər salsaq, eyni tamaşanın bu səfər Əfqanıstanda səhnələşdirildiyini görərik:

    https://www.hurriyyet.org/xeber/ab-in_koalisiyasi_suriyada_dinc_sakinleri_bombaladi_30_neferden_cox_insan_helak_oldu

    http://hurriyyet.org/xeber/iid_behanesi_ile_parcalanan_olke_pkkypg_daha_bir_rayonu_isgal_etdi_ndash_suriyanin_ucde_biri_ab-in_silahlandirdigi_terrorcularin_elindedir

    https://www.hurriyyet.org/xeber/ab-in_rehberlik_elediyi_koalisiya_suriyada_dinc_sakinleri_qadin_ve_usaqlari_oldurdu

    https://www.hurriyyet.org/xeber/ab_koalisiyasi_suriyada_dinc_ehalini_qesden_qirib__oldurulenlerin_sayi_10_minden_yuxaridir_11_minden_cox_ev_qesden_mehv_edilib__-_aradirma

    Hurriyyet.org