Əfqanıstanda NATO karvanına hücum edildi

    18

    Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın Loqar vilayətindn NATO karvanına edilən hücum nəticəsində bir uşaq həlak olub, bir nəfər dinc sakin yaralanıb.

    Logar rayonunun  valisi Məhəmməd Ənvər İshakzey, mətbuata açıqlamasında bomba partlayışının NATO hərbçilərinə zərər vermədiyini bildirib. Hücuma görə məsuliyyəti öz üzərinə götürən Taliban isə hücum nəticəsində 8 nəfər amerikalı əsgərin öldüyünü iddia edib.

    NATO məsələ ilə bağlı hələlik açıqlama verməyib.

    Hurriyyet.org