Əfqanıstanda dəhşətli təyyarə qəzası! – Yanan təyyarədə 83 sərnişin olub

21

Hurriyyet.org xəbər verir ki, Əfqanıstandanın Qəzni vilayətində 83 nəfərin mindiyi sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Airana Afghan Airlines” şirkətinin Qəndəhar şəhərindən Kabula yola düşən sərnişin təyyarəsinin Qəzni vilayətindəki Deh Yak rayonundakı dağlıq əraziyə düşdüyü bildirilir.

Təyyarədə ən azı 83 nəfərin olduğu və yerə düşdükdən sonra alovlandığı xəbər verilir.

Təyyarənin qəzaya uğramasının səbəbi hələlik bəlli deyil. Hadisə yerində xilasetmə qrupları çalışır.