Əfqanıstanda baş nazirin iştirak etdiyi canlı yayımda PARTLAYIŞ

6

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanda siyasi liderlərin iştirak elədiyi mərasimə bomba atılıb. Əfqanıstanın paytaxtı Kabil şəhərində siyasi liderlərin də iştirak elədiyi xatirə mərasiminə hücum edilib.

Hadisə Kabulun qərbində yerləşən Daşti Barçi rayonunda keçirilən, şiələrin İslam Vəhdəti partiyasının lideri, 1995-ci ilin martında “Taliban” terrorçuları tərəfindən öldürülmüş Əbula Əli Mazarinin xatirə mərasimində baş verib. Canlı yayımda translyasiya edilən mərasimdə partiyanın liderlərindən olan Kərim Xəlilinin çıxışı zamanı avtomat silahlardan atəş açılıb, bir neçə partlayış baş verib.

Mərasimdə Əfqanıstanın baş naziri Abdulla Abdulla, hökumət başçısının müavini Məhəmməd Muakkik, ölkənin keçmiş daxili işlər naziri Səlahəddin Rəbbani iştirak ediblər.

Siyasətçilər zərər çəkmədən mərasimi tərk edə biliblər.

Hurriyyet.org