Fövqəladə Hallar Nazirliyinə yeni mətbuat katibi TƏYİN EDİLDİ

    9

    Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.

    Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb.

    Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.

    FHN-dən təyinatı təsdiqləyiblər.

    G.Mehdiyeva mətbuat katibi olaraq ilk açıqlamasını verib. O, rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:

    “Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.