Sumqayıtda 27 yaşlı gənc dənizdə batdı

    18

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
    Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1989-ci il təvəllüdlü Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
    Əməliyyat saat 20:05-də başa çatıb.
    Məlumatı FHN-in saytı yayıb.