Fövqəladə vəziyyət başa çatdı: bu qərarlar LƏĞV OLUNDU

90

Bolqarıstanda koronavirus pandemiyasına qarşı elan olunan fövqəladə vəziyyət bu gün başa çatıb.

13 martda elan olunan xüsusi rejim uzadılmayıb.

Nazirlər Kabineti yanında Böhran Şurasının tövsiyəsi ilə ölkədəki zooparklar, film salonları, teatr, kitabxana, qalereya, muzey, hotel, park və idman salonları xidmətə açılıb. Baş nazir bu qərarı bəyənməyən Maliyyə naziri Vladislav Goranova cavab olaraq “qərarları bəyənməyən istefa versin” sözlərini deyib.

Ölkəyə Avropa İttifaqından başqa heç yerdən vətəndaş qəbul edilməyəcək. Aİ vətəndaşları isə ölkədə qalacaqları yerləri bəyan edəcəklər.

Bundan başqa, müsəlmanların ibadətgahları istifadəyə açılacaq.

Son rəqəmlərə görə, Bolqarıstanda 2 min 69 yoluxma, 96 ölüm qeydə alınıb. \\Publika