Fosfor əksikliyinin yaratdığı FƏSADLAR

    3

    Böyrəklər, vücuddakı fosforu süzərək müəyyən miqdarı bədəndən təmizləyər. Bu səbəblə vücudda yetərli miqdarda fosfor alınması gərəklidir. Kifayət qədər fosforun alınmaması zamanı fosfor düşüklüyü ortaya çıxar.

    Bu halı yaradan digər səbəblərdən biri maqnezium əksikliyi, kalsiumun çoxluğu, sümük yumşaldılması xəstəliyidir. Həmçinin uzunmüddət ac qalmaq, spirtli içkilərdən istifadə, fosfor əksikliyinə yol aça bilər.

    Fosfor əksikliyində yaranan xəstəliklər

    – Dent
    – Uzunmüddətli ishal
    – Metal zəhərlənməsi
    – Hiperparatirodizm və s xəstəliklər.

    Fosfor əksikliyinin müalicəsi necə aparılır?

    Əsas müalicə doğru qidalarla meydana gələn qidalanma proqramıdır. Bəzən isə həkim tərəfindən fosfor dərmanları istifadə edilir. Anidən ortaya çıxan fosfor əksikliyində damar yolu ilə verilən elektrolit maye dəstəyinə ehtiyac duyulur. \\hekimtap.az

     

    HURRİYYET.ORG