“Ford” markalı yük maşını piyadanı vuraraq öldürüb – Gəncə

    15

    Gəncədə avtomobil piyadanı vurub öldürüb. Hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

    “Ford” markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

    Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır. (APA)

    HURRİYYET.ORG